AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ
16-23 sentyabr 2023-cü il tarixlərində Amerika Birləşmiş Ştatlarının Müdafiə Təhlükəsinin Azaldılması Agentliyinin (TAMA) təşkilatçılığı ilə “Kütləvi qırğın silahlarının yayılmamasına” dair Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları üçün “Canlı Agent” (Live Agent) üzrə praktiki təlim kursu keçirilib. 26 sentyabr 2023-cü il
Fövqəlada Hallar Nazirliyin Şimal-qərb Regional Mərkəzi tərəfindən dislokasıya ərazisini əhatə edən rayonların ümumtəhsil məktəblərinin 2, 5 və 6-cı sinif rəhbərləri üçün mülki müdafiə kursları keçirilib. 26 sentyabr 2023-cü il
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. 26 sentyabr 2023-cü il
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində bir halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub...
Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində “КамАЗ” markalı yük avtomobilinin mühərrik hissəsi və salonu yanıb...
Masallı rayonunun Qızılavar kəndində ümumi sahəsi 150 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə, damına yığılan 6 ton ot bağlamasının 3 tonu...
Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasnın Fövqəladə Hallar Nazirliyi yaradılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi həmin nazirliyin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş FHN-nin strukturunda isə, həmin idarə yenidən təşkil edilmiş və Dövlət Yanğından Mühafızə Xidməti yaradılmışdır.
Xidmətin fəaliyyəti haqqında
Dövlət Yanğından Mühafizə Xidməti respublika ərazisində baş vermiş yanğınların söndürülməsini və bununla bağlı təxirəsalınmaz xilasetmə işlərini (insanların, əmlakın və s.) həyata keçirən, yanğınsöndürmə texnikasına və vasitələrinə, habelə könüllü və idarədənkənar yanğından mühafizə bölmələrinin yaradılmasına dair tələbləri müəyyənləşdirən icra hakimiyyəti orqanıdır.
Yanğınların söndürülməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz xilasetmə işlərinin aparılmasını, müvafıq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etməklə bu siyasətin həyata keçirilməsini təmin etmək;
Yanğınların söndürülməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz xilasetmə işlərinin aparılması üzrə vahid dövlət sistemi çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti, o cümlədən yerli özünüidarəetmə orqanlarının fəaliyyətini əlaqələndirmək;
Xidmətin fəaliyyətinə aid edilən məsələlər üzrə normativ tənzimləməni və nəzarət funksiyasnı həyata keçirmək.
2 iyul 1977-ci ildə Bakı şəhərində anadan olub.
Bakı Ali Hərbi Dənizçilik Akademiyasını və Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Akademiyasını bitirib.
Ailəlidir. 2 övladı var.