Ümumi məlumat

Aran Regional Mərkəzi- Fövqəladə Hallar nazirinin 07 oktyabr 2009-cu il tarixli 075 nömrəli əmri ilə yaradılmışdır.

Aran Regional Mərkəzi haqqında Əsasnamə -  Fövqəladə Hallar nazirinin 07 oktyabr 2009-cu il tarixli 075 saylı əmri ilə təsdiq edilmişdir. 

Əhatə etdiyi ərazi barədə qısa məlumat - Azərbaycan Respublikasının Yevlax şəhərində yerləşir. Mərkəz Yevlax, Mingəcevir və Naftalan şəhərlərini, Yevlax, Goranboy, Ucar, Zərdab, Kürdəmir və Ağdaş rayonlarının ərazisini əhatə edir.
  • Ərazisi - 8430 kv.km
  • Əhalisi - 787 427 nəfər
Mingəcevir şəhərində və Göyçay rayonunda sürüşmə, Ucar, Zərdab və Kürdəmir rayonlarında subasma sahələri mövcuddur. 

Respublikanın digər ərazilərinə  xas olan partlayış-yanğın, bina və qurğularda baş verən dağıntılar, nəqliyyat və s. qəzalar Aran Regional mərkəzinin əhatə etdiyi ərazi üçün də xarakterikdir.

Əlaqələr:
Ünvan:
 AZ 6600, Yevlax şəhəri, Bakı prospekti 30
Telefonlar: 
(994 12) 512-29-01, (994 12) 512-29-02, (99412) 512-29-61
Faks: (994 12) 512-29-03